BAKI, 17 aprel - Sputnik. Bu gün həbs edilən zaman özünə qəsd edən Perunun keçmiş prezidenti Alan Qarsia xəstəxanada ölüb. Spunik Azərbaycan xəbər verir ki, komada olan keçmiş prezident həkimlərin bütün səyinə baxmayaraq vəfat edib.
Məlumatı hazırkı dövlət başçısı Martin Vizkarra da təsdiqləyib. O, “Twitter” səhifəsində mərhumun ailəsinə başsağlığı verib.
Qeyd edək ki, Qarsia daha əvvəl rüşvət almaqda ittiham olunmuşdu və onun ölkədən çıxışı qadağan edilmişdi.
Sabiq prezident polis onu həbs etməyə gəldiyi zaman özünə atəş açıb. Qarsia dərhal xəstəxanaya çatdırılıb. Təcili olaraq əməliyyat olunan eks-prezident komaya düşüb.
Alan Qarsia iki dəfə - 1985 -1990 və 2006-2011-ci illərdə Perunun prezidenti olub.