Sputnik Azərbaycan, Leyla Abdullayeva
BAKI, 17 aprel — Sputnik. Bu gün səhər saatlarından başlayaraq Qubanın Xınalıq kəndinə qar yağmağa başlayıb. Kənd sakinlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, qarın hündürlüyü 2-3 sm çatır.
© Sputnik / Shahperi AbbasovaXınalığa qar yağıb
Xınalığa qar yağıb
© Sputnik / Shahperi Abbasova
Havanın aşağı düşməsi sakinləri narahat edib. Kənd sakini Yusif Əliyevin sözlərinə görə, qarın yağması belə davam edərsə sabaha yollar buz bağlaya və gediş-gəlişdə problemlər yarana bilər.