ELM

Tələbə təqaüdləri ilə bağlı dəyişikliklər edildi

© Photo : REPORTСтудент в аудитории, фото из архива
Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə baş nazir Novruz Məmmədov tərəfindən qərar verilib

BAKI, 17 aprel — Sputnik. Nazirlər Kabineti (NK) "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydasının təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli qərarında dəyişikliklər edilməsinə dair "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 960 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qərar verib.

Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
ELM
Dövlət İmtahan Mərkəzi tələbələrin xahişini nəzərə alıb

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərar baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb. Qərara görə, NK-nın 2016-cı il 5 fevral tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası"nda dəyişiklik edilib.

Qeyd edilib ki, hər tədris ili üçün təqaüd yerlərinin ümumi sayı dövlət sifarişi və dövlət hesabına əyani və qiyabi təhsilalma formasında təhsilalanların sayının və əlavə təqaüd yerlərinin sayının cəmindən ibarətdir. Əlavə təqaüd yerlərinin ali təhsil müəssisələri arasında bölgüsü hər bir ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilalanların sayı bütün ali təhsil müəssisələrinə qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. Ali təhsil müəssisəsində əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölgüsü hər bir ixtisas üzrə qəbul olunmuş təhsilalanların sayının həmin ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun aparılır.

Xəbər lenti
0