Bəzi ərazilərə leysan yağacaq

© Sputnik / Shahperi AbbasovaŞimal – Qəbr bölgəsində leysanın fəsadları
Şimal – Qəbr bölgəsində leysanın fəsadları - Sputnik Azərbaycan
Abunə olmaq
Şimşək çaxacağı, düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var

BAKI, 17 aprel — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər veri ki, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Hindistanın şimalında Kerala əyalətində leysan yağışların nəticəsində kənd su altında qalıb - Sputnik Azərbaycan
HADİSƏ
Leysan yağışları bəzi kəndləri məhv etdi

Səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 12-15, Bakıda gecə 9-11, gündüz 12-14 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında aprelin 18-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə yaranacaq.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-4, gündüz 5-9 dərəcə isti təşkil edəcək.

Xəbər lenti
0