BAKI, 17 aprel — Sputnik. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, "Tropikanka" çimərliyinin ərazisində naməlum qadın meyiti tapılıb.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, bu gün səhər saatlarında hüquq-mühafizə orqanları əməkdaşları sudan şəxsiyyəti müəyyən edilməmiş qadın meyiti tapıb. İlkin məlumata görə, onun intihar etdiyini ehtimal edilir.
Polis əməkdaşları vətəndaşlara müraciət edərək, qadının kimliyini müəyyən etməkdə köməklik göstərməyi xahiş edir. Şəkildəki qadını tanıyanların Su Nəqliyyatında Polis İdarəsinin +(99450) 200-58-08 əlaqə nöməsinə zəng vurmaları xahiş olunur:
Qadının əlamətləri: 25-35 yaşlarında, boyu 158-159 sm, saçları qara, gözləri qonur. Kriminalistlər qadında 16 qızıl dişin (səkkiz yuxarıda, səkkiz aşağıda) olduğunu bildirir. Əynində idman üslublu triko, qara uzunboğaz sviter, qırmızı baletka-tufli var.