Ərdoğan gözlənilən addımı atdı: AKP rəsmən İstanbulda təkrar seçki tələb edir

© REUTERS / UMIT BEKTASİstanbul bələdiyyəsinə seçkilər çadırı
İstanbul bələdiyyəsinə seçkilər çadırı - Sputnik Azərbaycan
Abunə olmaq
Yüksək Seçki Qurumu İstanbulun rayonları üzrə səs sayılarını hesabladıqdan və yekun nəticələr məlum olduqdan sonra AKP-nin müraciətini dəyərləndirəcək

BAKI, 17 aprel — Sputnik. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) İstanbulda bələdiyyə seçkilərinin nəticələrinin ləğv olunması və yenidən keçirilməsi ilə bağlı fövqəladə etiraz haqqından istifadə edib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Yüksək Seçki Qurumu (YSK) İstanbulun rayonları üzrə səs sayılarını hesabladıqdan və yekun nəticələr məlum olduqdan sonra AKP-nin müraciətini dəyərləndirəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 9-da Rusiyadan qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamada qeyd edib ki, İstanbulda bələdiyyə seçkilərində səsvermə zamanı saxtakarlıqlara yol verilib: "Şübhəli məqamlar saxtakarlıq olduğunu göstərir. Əslində, səmimi davranış olsa, bu, seçkinin ləğvinə aparar". 

İstanbulda seçkilərdən sonra atəşfəşanlıq - Sputnik Azərbaycan
Gərgin anlar yaşanan İstanbuldan son xəbər

Qeyd edək ki, aprelin 9-da AKP-nin sədr müavini Ali İhsan Yavuz 31 mart seçkilərinin nəticələri və etiraz ərizələri ilə bağlı açıqlamalar verərkən, "İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsini istəyirik" deyib.

Hər bir siyasi partiyanın fövqəladə etiraz haqqının olduğunu vurğulayan Yavuz qeyd edib: "Fövqəladə etiraz haqqımızdan istifadə edəcəyik. Seçkilərin nəticələrinə çox təsir edə biləcək hallar var və İstanbulda yenidən seçkilərin keçirilməsini istəyirik".

Yavuz bir jurnalistin "Yüksək Seçki Qurulumu seçkinin təkrar keçirilməsi tələbəni rədd edərsə, nə edəcəksiniz" sualına cavab olaraq qurumun qərarına hörmətlə yanaşacaqlarını bildirib: "Amma şübhə ortadan qalxacaq".

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) da AKP-nin İstanbulda təkrar seçki keçirilməsi tələbini dəstəkləyib. "Seçkilərin təkrar keçirilməsi demokratiyanın tələblərindən biridir. İctimai qarışıqlıq əvəzinə, seçki qutularına yenidən gedib, Türkiyənin sabitliyini təmin etmək daha məntiqlidir. Vicdanı sakit qoya biləcək yeni bir seçki düşünülə bilər" – Baxçalı bəyan edib.

İstanbulda seçkilərin nəticələrinin ləğv olunacağı təqdirdə, YSK yenidən seçkilərin hansı tarixdə keçiriləcəyini də açıqlayıb. Belə ki, qurumun 29 mart "Resmi Gazete"də yayımlanan qərarında təkrar seçkilərin 2 iyun tarixində keçiriləcəyi qeyd olunub.

Xatırladaq ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. İqtidardakı AKP-nin də daxil olduğu Cümhur İttifaqı İstanbulda seçkini uduzmuş kimi görünür.

Türkiyə prezidenti və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən bələdiyyə seçkilərinin nəticələrini şərh edib: "Türkiyə xalqı artıq 15-ci dəfədir bizi birinci edir. AKP və Cümhur İttifaqı ilə birlikdə seçkilərə qatıldığımız yerlərdə indiyə qədər 16 böyük şəhərdə, 24 vilayət, 538 rayon, 200 qəsəbədə toplam olaraq 778 bələdiyyə sədrliyini qazandıq. Bu isə ölkəmizdə olan bələdiyyələrin 56%-nin AKP tərəfindən idarə olunacağı anlamına gəlir".

Xəbər lenti
0