CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yerli jurnalistlər idmanın nəbzini tutmağı öyrəndilər

Abunə olmaq
Artıq beşinci dəfədir ki, keçirilən SputnikPRO təlim proqramı bu dəfə idman jurnalistikasına həsr edilib.

Bu ilin aprel ayında Bakıda keçiriləcək “Formula-1” yarışlarının astanasında keçirilən növbəti SputnikPRO modulu çərçivəsində öz karyeralarını idman sahəsinin işıqlandırılmasına həsr etmiş jurnalistlərə yönəlib.

Təlimi tanınmış Rusiyalı jurnalist, bloqer, aparıcı, idman kommentatoru və “Rossiya Seqodna” BİA-nin icraçı direktoru Vasiliy Konov keçirib.

Təlimin iştirakçıları böyük çaplı idman hadisələrinə hazırlığın spesifikası, bu tədbirlərin işıqlandırılmasında redaksiyanın əsas vəzifələri, multimedia materiallarının operativ surətdə auditoriyaya ötürülməsi və digər mövzularda maraqlı təcrübə mübadiləsinə qoşulma imkanı əldə ediblər.

Qeyd edək ki, SputnikPRO artıq beşinci dəfədir ki, Azərbaycanda keçirilir.

Xəbər lenti
0