BAKI, 16 aprel — Sputnik. Bakıda yerləşən 158 saylı orta məktəbin şagirdi xəstəxanaya göndərilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbayan-a verilən məlumata görə, 9 yaşlı məktəbli 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.
Azyaşlıya yumşaq toxumaların əzilməsi diaqnozu qoyulub. İlkin tibbi yardım göstərildikdən sonra isə məktəbli oğlan evə buraxılıb.
Qeyd edək ki, mediada yayılan xəbərlərdə azyaşlının valideyni tərəfindən döyüldüyü bildirilir.