BAKI, 16 aprel — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sağlamlıq Mərkəzinə həkim və tibb bacısı vəzifələri üzrə işə qəbul elan edilir. Sputnik Azərbaycan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, işə qəbul üçün aşağıdakı tələblər qoyulub:
Təhsil/ təcrübə
- Ali təhsil (həkim-terapevt);
- Orta-ixtisas təhsili (tibb bacısı);
- İdarəedicilik qabiliyyəti, məsuliyyətli yanaşma, komandada işləmə bacarığı;
- Azərbaycan dilini mükəmməl bilmə;
- Kompüter bilikləri;
Vəzifə öhdəlikləri:
- Metropoliten əməkdaşlarına ilk tibbi yardım göstərməli və maşinistləri reysqabağı tibbi müayinədən keçirməli;
İş rejimi: 09:00-17:00
İddiaçılar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub "Bizdə iş" yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.