BAKI, 15 aprel — Sputnik. Rusiya prezidenti Vladimir Putinin və Şimali Koreya lideri Kim Çen In arasında görüş hazırlanır.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, hələlik görüşün vaxtı və keçirilmə yerinə dair konkretlik yoxdur: "Mən təsdiqləyə bilərəm ki, görüş hazırlanır. Biz bu barədə çoxdan danışırıq. Lakin hələlik sizə konkret bir şey deyə bilmərəm" - deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.