CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On rayonun sakinlərinə xoş xəbər

© Official website of President of Azerbaijan Republicİlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib
İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
“ASAN xidmət” rayonlarda səyyar formada xidmət göstərir

BAKI, 15 aprel — Sputnik. Səyyar ASAN xidmət 28  mart-16 aprel Neftçala, Zərdab, Mehdiabadda, 28 mart-26 aprel Qusar, Astara, Ağcabədi, İsmayıllı, Salyan, Balakəndə, 15 aprel-4 may Qazaxda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Sputnik Azərbaycan “ASAN xidmət”in mətbuat xidmətinə istinadən xəbər verir ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz" İB tərəfindən təqdim olunur.

Один из центров ASAN Xidmət в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyev “ASAN xidmət” barədə sərəncam imzaladı

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- "Azəriqaz" İB tərəfindən göstərilən xidmətlər.

Xəbər lenti
0