BAKI, 15 aprel — Sputnik. Sassi suyunun reseptini amerikalı həkim Sintiya Sass fikirləşib. Sputnik Azəbaycan saglamolun.az-a istinadən xəbər verir ki, əvvəllər bu içki "Yastı qarın" pəhrizi zamanı istifadə olunurdu. Daha sonra isə Sassi suyu ayrıca istifadə olunmağa başlandı.
Sassi suyu mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, köpü azaldır, piylərin parçalanmasını sürətləndirir, metabolizmi yaxşılaşdırır, orqanizmi ziyanlı maddələrdən təmizləyir, dərinin və saçların vəziyyətinə çox müsbət təsir edir.
Sassi suyunun reseptini sizə təqdim edirik:
2 litr suya nazik doğranmış 1 ədəd limon və 1 ədəd xiyar, 1 çay qaşığı sürtgəcdən keçirilmiş təzə zənçəfil kökü, 5-6 nanə yarpaqları əlavə olunur, yaxşı qarışdırılır və səhərə qədər soyuducuda qalır.
Növbəti gün ərzində bu suyu içmək lazımdır. Axşam yenə Sassi suyu hazırlanır və növbəti gün ərzində içilir. Kurs 1-2 həftə davam edir.