BAKI, 15 aprel — Sputnik. Belarus prezidenti Aleksandr Lukaşenkonun böyük oğlu Viktor Lukaşenko Belarusun Milli Olimpiya Komitəsində vəzifəyə təyin olunub.
Sputnik Azərbaycan "Belta" agentliyinə istinadən xəbər verir ki, o, istefaya gedən Andrey Astaşeviçin yerinə komitənin birinci vitse-prezidentinin səlahiyyətlərini icra edəcək.
Viktor Lukaşenko beynəlxalq əməkdaşlıq məsələləri və bu ilin iyununda Minskdə keçiriləcək II Avropa Oyunlarına hazırlıqla məşğul olacaq.
Viktor Lukaşenkonun təyin olunması barədə qərarı Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsi iclas zamanı yekdilliklə qəbul edib.
Qeyd edək ki, Aleksandr Lukaşenkonun üç oğlu var: Viktor (44 yaş), Dmitri (39 yaş) və Nikolay (15 yaş).