Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Puqaçovanın SSRİ vaxtında qadağan olunan klipi yayılıb

© Sputnik / Yury Somov / Mediabanka keçidAlla Puqaçova
Alla Puqaçova - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Bu gün SSRİ Xalq artisti Alla Puqaçovanın 70 yaşı tamam olur

BAKI, 15 aprel — Sputnik. Dövlət Teleradio Fondu Alla Puqaçovanın "Aysberq" mahnısına çəkilən videoklipi paylaşıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, klip 1984-cü ildə Soçidə çəkilib.

Alla Puqaçova Bakıda - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Alla Puqaçovanın hiti Azərbaycan dilində səsləndirildi

"Rossiyskaya qazeta" yazır ki, Leninqrad televiziyasında premyerasından sonra video efirdən yığışdırılıb. Ölkə rəhbərliyi guya müğənninin pozalarını olduqca vulqar hesab edib.

Qeyd edək ki, mahnının musiqisini Puqaçovun ansamblında olan İqor Nikolaev yazıb.

Sovet-rus müğənnisi və aktrisası, SSRİ Xalq artisti Alla Puqaçovanın 70 yaşı tamam olur. Artıq Rusiya Prezidenti Vladimir Putin də müğənnini yubiley münasibəti ilə təbrik edib.

Alla Puqaçova 1949-cu il aprelin 15-də Moskvada anadan olub. 1965-ci ildə orta məktəbi bitirən Puqaçova səhnə fəaliyyəti ərzində yüzlərlə uğurlu konsert verib, müxtəlif mükafatlara layiq görülüb. 1966-1967-ci illərdə "Yunost" radiostansiyasının təbliğat briqadasının tərkibində Tümenə ilk qastrol səfərinə çıxır. A.Puqaçova zəmanəmizin ən istedadlı və məşhur estrada sənətçiləri sırasında özünəməxsus yer tutur.

2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Alla Puqaçovanı "Dostluq" ordeni ilə təltif edib.

Xəbər lenti
0