“Türkiyə Sudanda tezliklə demokratiyanın bərpa olunacağına ümid edir”. Bunu Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğan Sudanda hərbi çevrilişi şərh edərkən deyib.
Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Sudanda baş vermiş hərbi çevrilişin digər ölkələrdə baş verəcəyini əvvəlcədən deyə bilmərəm:
“Amma Sudanda baş verən hadisələrin səbəbləri aydındır. Bu ölkədə xalqına 30 illik hakimiyyəti ərzində zülm edən dövlət başçısı devrilib. Sudan dövlət başçısına qarşı beynəlxalq cinayət məhkəməsinin qərarı var idi. Bundan sonra Sudanda demokratik rejimin bərpa olunub-olunmayacağını dəqiq demək olmaz. Ancaq bu insanlar törətdikləri cinayət əməllərinə görə cəzalanmalıdırlar”.
Qeyd edək ki, Sudan ordusu fövqəladə iclasında ölkə prezidenti Ömər əl-Bəşiri tutduğu bütün vəzifələrdən azad etmək və ölkə hakimiyyətini istefaya göndərmək qərarına gəlib.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz