İtkin düşmüş turistlərin axtarışı dəhşətli faktın üstünü açıb

© REUTERS / Ricardo RojasHəlak olan cütlüyün maşını
Həlak olan cütlüyün maşını - Sputnik Azərbaycan
Abunə olmaq
Onlardan biri xilas edilsə də, bir neçə gün sonra dünyasını dəyişib

BAKI, 14 aprel — Sputnik. Dominikan Respublikasına gələn iki nəfər əcnəbi yoxa çıxıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-dan olan bu cütlük istirahət üçün Dominikan Respublikasına gəlib və bir müddət sonra onlardan xəbər-ətər kəsilib.

© REUTERS / Ricardo RojasHəlak olan cütlüyün maşını
İtkin düşmüş turistlərin axtarışı dəhşətli faktın üstünü açıb - Sputnik Azərbaycan
Həlak olan cütlüyün maşını

Onlar axtarışa verilib. Məlum olub ki, cütlük hava limanına gedən zaman ağır yol qəzasına uğrayıb və onların avtomobili hündür uçurumdan dənizə düşüb. Onlardan biri dənizdən xilas edilsə də, bir neçə gün sonra dünyasını dəyişib. Digərinin cəsədi isə bir neçə kilometr aralıda tapılıb.

Avtomobil 3 həftə sonra dalğıcların köməyi ilə sahilə çıxarılıb.

Xəbər lenti
0