BAKI, 14 aprel — Sputnik. Nepalın Everest dağının ətəyində yerləşən Lukla qəsəbəsindəki Tenzinq-Hillari hava limanında faciə baş verib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, turistləri daşıyan kiçik sərnişin təyyarəsi havaya qalxdığı zaman qarşıdakı helikopterlə toqquşub.
Hadisə nəticəsində 3 nəfər həlak olub, 4 nəfər xəsarət alıb. Ölənlər təyyarənin pilotu və helikopterin yanındakı 2 polis əməkdaşıdır. Təyyarədəki 4 turist və bir stüardessa isə heç bir xəsarət almayıb.
Qeyd edək ki, Tenzinq-Hillari dünyanın ən təhlükəli hava limanlarından biri kimi tanınır. Bu hava limanı dünyanın ən yüksək zirvəsi olan Everestə Nepal istiqamətindən səyahətlər həyata keçirilməsinə xidmət edir.