BAKI, 13 aprel — Sputnik. Türkiyədə şok qərar – 1412 hərbçi ordudan çıxarıldı
Türkiyə Silahlı Qüvvələrində Fetullahçı Terror Təşkilatına (FETÖ) qarşı mübarizə davam etdirilir.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə müdafiə nazirinin əmri ilə bu günə qədər 1412 nəfər ordudan xaric edilib.
Belə ki, müdafiə nazirinin əmri ilə Quru Qoşunlarından 765, Dəniz Qoşunlarından 242, Hərbi Hava Qüvvələrindən 375 hərbçi ordudan kənarlaşdırılıb.
Bundan əlavə, 106 təqaüddə olan hərbçinin də rütbələri geri alınıb.