Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ev sahibi işıqpulu borcunu ödəməmək üçün ad-soyadını dəyişdirib

© pixabay / GregMontaniElektrik lampası, arxiv şəkli
Elektrik lampası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Elektrik enerjisi borcu yarandığı üçün, 51 yaşlı kişi adını və soyadını dəyişdirərək borcdan xilas olmağa çalışıb

BAKI, 13 aprel — Sputnik. Rusiyanın Kalininqrad vilayətində qəribə hadisə baş verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bir kişi borcu olduğu üçün ad-soyadını dəyişdirib.

Rusiyanın energetika naziri Aleksandr Novak - Sputnik Azərbaycan
Rusiya və İran Azərbaycan vasitəsilə elektrik şəbəkələrini birləşdirəcək

Belə ki, 50 min rubl (1320 manat) məbləğində elektrik enerjisi borcu yarandığı üçün, 51 yaşlı kişi adını və soyadını dəyişdirərək borcdan xilas olmağa çalışıb.

O, uzun müddətdir borcunu ödəmədiyi üçün məhkəməyə verilib. Məhkəmə icraçısı həmin kişinin evinə gəlib. İcraçı borcu olan adamı soruşsa da, ev sahibi onu tanımadığını deyib.

Bir qədər sonra məhkəmə icraçısı ev sahibinin şəxsiyyət vəsiqəsini tələb edib. Ev sahibinin şəxsiyyət vəsiqəsi ilə borcu olanın vəsiqələrində sadəcə ad-soyad fərqlənirdi. Doğum tarixi və digər qeydlər eyni göstərilmişdi.

Ev sahibi vəziyyətin əleyhinə işlədiyini gördükdən sonra baş verənləri etiraf edib. Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0