Sərnişinlərin nəzərinə!

© Photo : BNA133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək
133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Bəzi marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək

BAKI, 12 aprel — Sputnik. Bu gün axşam saatlarından etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Xurşidbanu Natəvan küçəsində təmir işləri ilə əlaqədar 67, 83, 91, 92, 117 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, təmir işləri bitənədək qeyd olunan müntəzəm xətlər üzrə avtobusların hərəkət sxemi Biləcəri qəsəbəsi istiqamətində Rəşid İsmayılov – Yəhya Hüseynov küçələrindən keçməklə, əks istiqamətdə (şəhər istiqamətində) isə Yəhya Hüseynov küçəsi – Bakı-Sumqayıt şosesi – "Ekologiya" postu adlanan ərazidən geriyə dönməklə təşkil ediləcək.

Xəbər lenti
0