CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəbli qızın intiharından sonra jurnalistlər üçün daha bir şok

© Photo : Təhsil Nazirliyinin mətbuat xidmətiAzərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov
Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil nazirliyində 20-30 jurnalistin mətbuat konfransı üçün yer yoxdur?

BAKI, 12 aprel - Sputnik. Təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin 162 nömrəli tam orta məktəbinin şagirdi Elina Hacıyevanın intihar etməsi ilə bağlı mətbuat konfransı keçirəcək.

“Report” xəbər verir ki, bu gün nazirlikdə baş tutacaq konfransda hadisə ilə əlaqədar aparılan xidməti araşdırmanın nəticələri açıqlanacaq.

Школьные парты в классной комнате, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda məktəbli qızın dəhşətli intihar videosu yayıldı

Xəbərdə deyilir ki, nazir məsələ ilə bağlı görülən işləri, qəbul edlən qərarları ictimaiyyətin diqqətinə çatdıracaq, sualları cavablandıracaq. 

Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən verilən məlumatda isə bu mətbuat konfransının yalnız sayılı media orqanlarını təmsil edən jurnalistlər üçün keçirildiyi qeyd olunub. Görünür ki, ölkə səviyyəsində müzakirə olunan məktəbli intiharı ilə bağlı nazirlik bütün KİV-lər üçün yer ayıra bilməyib, çünki izahat maraqlı olub: "Az sayda media orqanının iştirakı yer məhdudiyyəti ilə bağlıdır". 

Nazirlikdən həmçinin tədbirin nə zaman baş tutacağı ilə bağlı da konkret məlumat verilməyib. 

Qeyd edək ki, aprelin 4-də Bakının 162 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi E.Hacıyeva özünü təhsil aldığı məktəbin 3-cü mərtəbəsinin pəncərəsindən ataraq intihar edib.

Fazil Mustafa - Sputnik Azərbaycan
CƏMİYYƏT
Millət vəkili məktəbli qızın intiharı ilə bağlı sərt tənqidlə çıxış edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsində hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı açılan cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranan zərurəti nəzərə alınaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə təhsil nazirinin 8 aprel 2019-cu il tarixli, K-388 saylı əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb. Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib.

Xəbər lenti
0