Prezidentliyə namizədlər canlı yayımda dalaşdılar

© AP Photo / Efrem LukatskyVladimir Zelenski
Vladimir Zelenski - Sputnik Azərbaycan
Abunə olmaq
Poroşenko və Zelenski canlı yayımda bir-birinə heç nə saxlamadı

BAKI, 12 aprel — Sputnik. Facebook-da Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko və prezidentliyə namizəd, şoumen Vladimir Zelenski arasında "1+1" telekanalında yayımlanan "Hakimiyyət hüququ" proqramının canlı efirindəki davasının videosu yayılıb.

Onlar telefon əlaqəsi yaradıblar. Poroşenko Zelenskini debat keçirmək üçün studiyaya çağırıb. O isə cavabında deyib ki, bunu edə bilməyəcək, çünki Parisdədir və Fransa prezidenti Emmanuel Makronla görüş keçirəcək.

Zelenski həmçinin qeyd edib ki, Poroşenko onun Ukraynada olmadığını bilir, çünki Təhlükəsizlik Xidmətinin avtomobilləri aeroport yolunda onu müşayiət edirdilər.

Şoumen onu da vurğulayıb ki, debatlar aprelin 19-da Kiyevdəki "Olimpiya" stadionunda keçiriləcək. "Bu təklifi mən irəli sürmüşəm, Poroşenko da onu qəbul edib" - deyə Zelenski bildirib.

Poroşenko da öz növbəsində deyib ki, bazar günü debatları keçirməyə hazırdır. Bundan sonra onlar mübahisə ediblər və bir-birilərinə qarşı hücuma keçiblər. Bu səbəbdən də Zelenski vidalaşaraq dəstəyi asıb.

Martın 31-də Ukraynada prezident seçkiləri keçirilib. Namizədlərdən heç biri birinci turda prezident seçilmək üçün lazım olan səsləri toplaya bilməyib. İkinci tur aprelin 21-nə təyin edilib. Bu turda Poroşenko və Zelenski mübarizə aparacaq.

Xəbər lenti
0