BAKI, 12 aprel - Sputnik. 2019-cu ilin aprel ayının 12-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi aprelin 11-i ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.9195 manata qalxıb, rubl/manat məzənnəsi isə 0,0264 manatda qalıb.
1 türk lirəsi isə 0,2958 manata düşüb.
Bu barədə Sputnik Azərbaycan-a Mərkəzi Bankdan bildirilib.
Aprelin 11-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9175 manata, 1 rubl 0,0264 manata, 1 türk lirəsi isə 0,2992 manata bərabər idi.