SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN-i Avropa Şurasının Baş katibinə sərt cavab verdi

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
“Bu və ya digər şəxsi öz ərazisinə buraxmaq hüququ suveren dövlətə aiddir”

BAKI, 11 aprel — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyiniun mətbuat katibi Leyla Abdullayeva Avropa Şurasının Baş katibinin Strasburqda Ermənistan Baş naziri ilə görüşdən sonra mətbuata verdiyi açıqlamasında Avropa Şurasının insan hüquqları üzrə Komissarına Dağlıq Qarabağa səfər hüququnun verilməsinin vacibliyi ilə bağlı fikirlərinə münasibıt bildirib.

 Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov, arxiv şəkli - Sputnik Azərbaycan
XİN Elmar Məmmədyarov - Sergey Lavrov görüşü ilə bağlı məlumat yayıb

L. Abdullayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu barədə Ermənistan KİV-də yayılmış məsələ nəzərdən keçirilib: "Avropa Şurasının Baş katibi T.Yaqland üzv ölkələrə “boz ərazilərə”, o cümlədən Dağlıq Qarabağa səfərlərlə bağlı siyasi qərarın qəbul edilməsini təklif edib.

Azərbaycanın sözügedən məsələ ilə bağlı mövqeyi aydındır və dəfələrlə müvafiq beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının diqqətinə çatdırılıb. Bu və ya digər şəxsi, o cümlədən beynəlxalq təşkilatın nümayəndəsini və ya əcnəbi dövlətin vətəndaşını beynəlxalq tanınmış sərhədləri çərçivəsində və yerli qanunvericiliyə uyğun olaraq öz ərazisinə buraxmaq hüququ suveren dövlətə aiddir".

Xəbər lenti
0