İlham Əliyevin yeni prezidentlik dövrünün bir ili nə ilə yadda qaldı - Deputat şərh edir

Abunə olmaq
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyir ki, İlham Əliyevin yenidən prezident seçilməsindən ötən bir il ərzində Azərbaycanda böyük müsbət dəyişikliklər baş verib
Aydın Mirzəzadə: “Seçkilər yenidən keçirilsə, vətəndaşlar İlham Əliyevə səs verəcəklər”

Azərbaycanda 11 aprel 2018-ci il tarixdə keçirilən prezident seçkilərindən artıq bir il ötür.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Sputnik Azərbaycan-a deyir ki, İlham Əliyevin yenidən prezident seçilməsindən ötən bir il ərzində Azərbaycanda böyük müsbət dəyişikliklər baş verib:

“Azərbaycan cəmiyyətinin bütün sahələrində diqqəti çəkən artım, inkişaf və yeniliklər var. Azərbaycan vətəndaşı özünü dövlətinin layiqli vətəndaşı kimi hiss edir. Ölkəmizdə vətəndaşların bütün hüquq və azadlıqları qorunur, cəmiyyətdə əks-səda doğuran bütün məsələlərə dərhal reaksiya verilir. Aparılan siyasət nəticəsində ölkəmizin büdcəsi bir ərzində 5 milyard manat artmışdır. Azərbaycanda bir illik büdcə artımı Ermənistanın ümumi büdcəsinə bərabər olur. Bu yaxınlarda keçirilən sorğunun nəticəsi də göstərdi ki, bu gün də prezident seçkiləri keçirilsə vətəndaşlar İlham Əliyevə səs verəcəklər”.

Aydın Mirzəzadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0