İntihar edən şagirdin atası danışdı: "Ölümündən 2 gün öncə zəng edib demişdi ki..."

© Sputnik / Sergey YeshchenkoШкольные парты в классной комнате, фото из архива
Школьные парты в классной комнате, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Deyilənə görə bütün qan dəyən yerlər yuyulub" - Elinanın atası

BAKI, 11 aprel — Sputnik. Bir neçə gün öncə intihar edən 162 nömrəli məktəbin şagirdi Elina Hacıyevanın atası televiziyada canlı yayıma çıxıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, Elina Hacıyevanın atası Ədalət Hacıyev "Xəzər" tv-də yayımlanan "Səni Axtarıram" verilişində hadisədən sonra ilk dəfə danışıb.

Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
HADİSƏ
Sumqayıtda dəhşətli intihar: Özünü 14-cü mərtəbədən atdı

Dünyasını dəyişən uşağın atası ilk olaraq ailə münasibətlərindən söz açıb: "Biz Elina 6 aylıq ikən, yəni, təxminən 14 il bundan öncə ayrılmışıq. Amma ayrılsaq da münasibətlərimiz xoş olub. Tez-tez gedib qızıma baş çəkir, onu evə gətirirdim. Mən nə yeyirdim, o da yeyirdi. Nəsə istəyəndə mənə zəng edib deyirdi. Sonuncu dəfə isə 2 gün öncə zəng edib demişdi ki, cins "kurtka" istəyirəm".

Atanın sözlərinə görə, məktəbdə qan yerləri yuyulub: "Deyilənə görə bütün qan dəyən yerlər yuyulub. Yayılan videoların birində isə deyilir ki, inşallah sağ qalmaz".

Ata aparıcının sualına cavab olaraq bu vaxtadək qızına görə məktəbə getmədiyini də deyib: "Anasıgil tez-tez kirayə qaldıqları ünvanı dəyişirdilər. O səbəbdən də mən onun məktəbinə getməmişəm. Anası ilə xalası məktəbə gedib maraqlanırdı".

"Həkim demişdi ki, arxayın olun, hər şey yaxşıdır, sadəcə olaraq çanağında sınıq var. Amma burada müəmma var. Çünki uşağın meyitinə baxanda gördüm ki, elə məktəb geyimindədir. Heç paltarını da dəyişməmişdilər" – ata xəstəxanada övladına yardım göstərilmədiyi haqda danışarkən söyləyib.

Ata həmçinin övladının məktəbdə olan problemləri ilə bağlı qızının ona heç nə demədiyini də bildirib: "İkinci dəfə ailə həyatı qursam da, daim onunla əlaqə saxlayırdım, telefonla danışırdım. O heç vaxt mənə məktəblə bağlı probleminin olduğunu söyləməyib".

Qeyd edək ki, efir zamanı həmçinin təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin mətbuat xidmətinin də canlı yayıma qoşulması üçün çağırış edilib.

Xəbər lenti
0