SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əli Həsənov möhtəşəm ildən yazır: "Yeni mərhələnin başlanğıcı qoyuldu"

© Sputnik / Murad OrujovAzərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov  - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin köməkçisi: "İlham Əliyevin respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapıb"

BAKI, 11 aprel — Sputnik. "2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi. Seçkilərdə inamlı qələbə qazanmış cənab İlham Əliyev aprelin 18-də Konstitusiyaya və müqəddəs "Qurani-Kərim"ə əl basaraq and içdi və növbəti 7 il üçün Prezident səlahiyyətlərinin icrasına başladı".

Один из центров ASAN Xidmət в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyev “ASAN xidmət” barədə sərəncam imzaladı

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "İlham Əliyev: yeni prezidentlik dövrünün möhtəşəm bir ili" adlı məqaləsində yazıb. O bildirib ki, azad seçki fəaliyyəti bəşər sivilizasiyasının nailiyyətləri sırasında xüsusi yer tutur: "Müasir hüquqi, demokratik dövlətin, xalqın iradəsinə əsaslanan hakimiyyət orqanlarının, səmərəli özünütəşkil mexanizmlərinə malik cəmiyyətin mövcudluğunu azad və ədalətli seçkilərsiz təsəvvür etmək mümkün deyil".

"Məlum olduğu kimi, 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Azərbaycan Respublikası Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilərək, dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılıb və Azərbaycan Respublikası Prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı - növbədənkənar prezident seçkilərini elan etmək səlahiyyəti verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konstitusiya səlahiyyətindən istifadə edərək 2018-ci il 5 fevral tarixli sərəncamı ilə növbədənkənar prezident seçkiləri elan etdi. Ölkənin dinamik tərəqqisi yolunda yeni bir mərhələnin başlanğıcını qoyan bu seçkilər, respublikamızda demokratik siyasi sistemin və liberal cəmiyyətin dərin kök saldığını bir daha nümayiş etdirdi" - Ə.Həsənov vurğulayıb.

O, əlavə edib ki, İlham Əliyevin seçkilərdə yenidən qələbə qazanmasının əsasında Azərbaycanın son 15 il ərzində onun rəhbərliyi altında dinamik inkişaf dövrünü yaşaması, ölkəmizin qarşısında dayanan vəzifələrin uğurla icra edilməsi kimi ciddi amillər dayanır: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2003-cü ildə və ondan sonrakı illərdə respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapıb. 15 il ərzində Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoyub".

"Ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılıb. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub. Bu isə müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi deməkdir. Azərbaycan beynəlxalq reytinqlərdə yüksək yerlərə qalxıb. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu Azərbaycanda aparılan islahatlara yüksək qiymət verib. Davos Forumunun "İnklüziv inkişaf indeksi" adlı illik hesabatında (2017) ölkəmiz inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlib" - deyə Ə.Həsənov diqqətə çatdırıb.

Xəbər lenti
0