Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur rejissor azərbaycanlı qızla rus oğlanın sevgisi barədə film çəkmək istəyir

© Sputnik / Kemale AliyevaНародный артист России Владимир Хотиненко с супругой Татьяной Яковлевой
Народный артист России Владимир Хотиненко с супругой Татьяной Яковлевой - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın xalq artisti 30 ildən sonra yenidən Bakıya gəlib və şəhəri tanımayıb

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Rusiyanın xalq artisti Vladimir Xotinenko azərbaycanlı qızla rusiyalı oğlanın məhəbbətindən bəhs edən film çəkməyə hazırdır.

Bunu məşhur aktyor Sputnik Azərbaycan-a müsahibəsində etiraf edib. O, 30 ildən sonra yenidən sevimli Bakıya gəldiyinə və burada çoxlu bakılı dostlarını gördüyünə şaddır. Xotinenko özü ilə həyat yoldaşı Tatyana Yakovlevanı da gətirmək qərarına gəlib.

"Bakı o şəhərlərdəndir ki, həmişə bura qayıtmaq istəyirsən. Biz sadəcə İçərişəhərdə gəzməyi arzulayırıq. Çünki vaxtilə həyat yoldaşımla orada gəzmişik. Bu illər ərzində şəhər çox dəyişib. Biz səhərdən müəyyən yerləri xatırlamağa çalışırıq, amma bacarmırıq. Çünki köhnə Bakıdan çox az şey qalıb" – Xotinenko təəssüflə bildirib.

© Sputnik / Kemale AliyevaRusiyanın xalq artisti Vladimir Xotinenko həyat yoldaşı Tatyana Yakovleva ilə
Məşhur rejissor azərbaycanlı qızla rus oğlanın sevgisi barədə film çəkmək istəyir - Sputnik Azərbaycan
Rusiyanın xalq artisti Vladimir Xotinenko həyat yoldaşı Tatyana Yakovleva ilə

Bakıya səfəri zamanı aktyor uzun illərdir görüşmədiyi şagirdləri, dostları ilə görüşüb. Şam yeməyi zamanı onlar Azərbaycanın məşhur mahnılarını oxuyublar, xüsusilə də Rəşid Behbudovun repertuarından olanları. Məsələn, aktyorun çox sevdiyi "Tolko u lyubimoy moqut bıt takiye neobıknovennıye qlaza" ("Yalnız sevgilimin belə qeyri-adi gözləri ola bilər") mahnısını.

Bakı həm də aktyor üçün ona görə qiymətlidir ki, o, məhz burada uğurlu karyerasına başlayıb. O, həyatının ən əsas mükafatını burada çəkilən "Zerkalo dlya qeroya" (Qəhrəman üçün güzgü) filminə görə alıb.

"Mən çox istəyirəm ki, Azərbaycan və rusiyalı rejissorlar, ssenari müəllifləri və aktyorlar arasında əməkdaşlıq yenidən dirçəlsin. Əvvəl sizin çox gözəl kinematoqrafiya ənənələriniz var idi. Təəssüf ki, indi artıq unudulub. Onları sadəcə canlandırmaq lazımdır" – deyə Xotinenko bildirib.

Onun sözlərinə görə, Rusiya telekanallarında xarici filmləri göstərirlər, amma onların arasında Azərbaycan filmləri olmur və bu, çox təhqiramizdir. Aktyorun fikrincə, əsas filmin ssenarisidir. Gələcəkdə o, çox istərdi ki, azərbaycanlı aktyorların iştirakı ilə film çəksin.

© Sputnik / Kemale AliyevaRusiyanın xalq artisti Vladimir Xotinenko və həyat yoldaşı Tatyana Yakovleva
Məşhur rejissor azərbaycanlı qızla rus oğlanın sevgisi barədə film çəkmək istəyir - Sputnik Azərbaycan
Rusiyanın xalq artisti Vladimir Xotinenko və həyat yoldaşı Tatyana Yakovleva

"Mənim Azərbaycandan çox sayda şagirdlərim var. Onların hər biri istedadlıdır. Əgər konkret gözəl azərbaycanlı qızla rus gəncinin sevgisinə həsr olunmuş ssenari olsa, yaxşı film çəkmək olar" - deyə Xotinenko bildirib.

Xatırladaq ki, Vladimir Xotinenko Bakıya "MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu (VQİK) günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi" layihəsi çərçivəsində gəlib. VQİK-in 100 illik yubileyinə həsr olunmuş bu layihə 8-12 aprel tarixlərində Bakıda keçirilir. Tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidir.

Xəbər lenti
0