SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran ətrafında gərginlik müharibə ilə nəticələnə bilərmi – politoloq şərhi

© Sputnik / STRMübariz Əhmədoğlu, politoloq
Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Mübariz Əhmədoğlu deyir ki, ABŞ İranı özünün jandarm dövlətinə çevirmək istəyir
Mübariz Əhmədoğlu: “İran Rusiyanın maraqlarının əleyhinə gedir”

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "xarici terrorçu təşkilat” kimi tanıyıb. Bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ-ın İrana təzyiqləri yeni deyil:

“ABŞ İranı özünün jandarm dövlətinə çevirmək istəyir. İranda da bu siyasəti arzulayanlar var. Bu gün İran Rusiyanın maraqlarının əleyhinə gedir. ABŞ-da anlayırlar ki, Rusiya İranı Suriyada cilovlaya bilməyəcək. Ona görə də ABŞ İsrailin Colan təpələri üzərindəki hakimiyyətini tanıdı. İranın Türkiyənin əleyhinə getməsi də ABŞ-ın maraqlarına uyğundur. Əgər bütün bunlar baş verməyəcəksə müharibə olacaq”.

Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurası da ABŞ Silahlı Qüvvələrini terrorçu təşkilatlar siyahısına daxil edib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0