FETÖ əməliyyatı Türkiyə donanmasına çatdı

© AP Photo / Lefteris PitarakisTürkiyədə həbs
Türkiyədə həbs - Sputnik Azərbaycan
Abunə olmaq
Həbs edilənlər 1-i polkovnik, 1-i podpolkovnik, 12-si mayor, 4-ü kapitan və digər rütbədə olanlardır

BAKI, 10 aprel — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Dəniz Qoşunları Komandanlığında aparılan istintaq çərçivəsində FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə bağlı olduğu güman edilən 29 nəfər həbs edilib.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, həbs edilənlərin FETÖ ilə əlaqələri müəyyən edilib.

Həbs edilənlər 1-i polkovnik, 1-i podpolkovnik, 12-si mayor, 4-ü kapitan və digər rütbədə olanlardır.

İstintaqı Ankara prokurorluğu aparıb.

Xəbər lenti
0