BAKI, 10 aprel — Sputnik. "2019-2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulunun 25 günü geridə qaldı. Ərizə qəbulunun başa çatmasına 5 gün qaldı".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov öz "Facebook" səhifəsində yazıb.
O, əlavə edib ki, bu günə qədər Azərbaycan və rus bölməsi üzrə ümumi qeydiyyat sayı 71637 nəfərdir.
"II və IV qrupda abituriyentlərin sayı plan yerlərinə nisbətdə azdır bu da həmən ixtisas qruplarında müsabiqə vəziyyətinin aşağı olacağı deməkdir. Yenə də II qrupda çox sayda plan yeri boş qalacaq.
Ekspert ixtisas qrupları üzrə verilən ərizə sayını da göstərib:
I qrup: 24452
II qrup: 12229
III qrup: 19575
IV qrup: 4581
V qrup: 42255
11 illik kollec: 47045.