Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yanğın qəsdən törədilib

© REPORTAzərsutikinti Xəstəxanasının korpusunda yanğın baş verib
Azərsutikinti Xəstəxanasının korpusunda yanğın baş verib - Sputnik Azərbaycan
Abunə olmaq
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Nizami rayonunda yanan yataqxana binasında olub

BAKI, 10 aprel — Sputnik. Bakının Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxana qəsdən yandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri Rövşən Rzayev bildirib.

O, qeyd edib ki, hadisə ilə bağlı cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Xatırladaq ki, bu il martın 6-da Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında yerləşən yataqxanada yanğın baş verib. Yanğın nəticəsində 2 nəfər ölüb, 6 nəfər xəstəxanaya yerləşdirilib.

O bildirib ki, faktla bağlı cinayət işi başlanılıb.

© REPORTBakının Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın
Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yanğın qəsdən törədilib - Sputnik Azərbaycan
Bakının Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanğın baş verən Bakının Nizami rayonu, Babək prospektində Azərsutikinti Xəstəxanasının korpusunda məcburi köçkünlərin yaşadığı binaya gəlib.

R.Rzayev sakinlərin müraciətlərini dinləyib. O deyib ki, hər gün komitəyə yüzlərlə müraciət daxil olur: "Yararsız vəziyyətdə olan binalardakı məcburi köçkünlər mərhələli şəkildə köçürüləcəklər. Sadəcə, bunun üçün zaman lazımdır".

Qeyd edək ki, bu gün Bakının Nizami rayonu ərazisində baş verən yanğın zamanı bir neçə nəfər yaralanıb. 45 yaşlı kişi qorxaraq özünü 3-cü mərtəbədən atıb. Daha bir nəfərə tüstüdən boğulma diaqnozu qoyulub və o, xəstəxanaya yerləşdirilib.

Xəbər lenti
0