BAKI, 10 aprel — Sputnik. Dünyada ölüm hökmlərinin sayı 2018-cü ildə üç dəfəyə yaxın azalıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Amnesty International" hüquq müdafiəsi təşkilatını hazırladığı hesabatda qeyd olunur.
Hesabata əsasən 2018-ci ildə ən azı 690 nəfər edam olunub. Bu rəqəm son 10 ildə qeydə alınan ən aşağı göstəricidir.
"Ümumilikdə dünyada ölüm hökmlərinin azalması onu göstərir ki, hətta bu cəzanın ən qatı tərəfdarı olan ölkələr belə öz yanaşmalarını dəyişir və anlayırlar ki, ölüm hökmü bütün problemləri həll etmir", - deyə təşkilatın baş katibi Kumi Naydu bildirib.
Ölüm hökmünə görə dünyada liderlər ölkələr Çin, İran, Səudiyyə Ərəbistanı, Vyetnam və İraqdır. Bu arada yekun hesabatda Çin üzrə məlumatlar nəzərə alınmayıb. Çünki bu ölkədə minlərlə ölüm hökmü dövlət sirri kimi göstərilir.
Eyni zamanda İran, İraq, Pakistan və Somalidə də ölüm hökmləri az icra olunmağa başlayıb. İranda onların sayı təxminən 50%-ə qədər aşağı düşüb. Ölüm hökmlərinin artımı Belarus, Yaponiya, Sinqapur, Cənubi Sudan və ABŞ-da qeydə alınıb.
Hesabatda qeyd olunur ki, BMT-yə üzv 193 ölkədən 106-ında ölüm hökmü tamamilə ləğv olunub, 36-ında isə praktiki olaraq tətbiq olunmur.