BAKI, 9 aprel — Sputnik. İsraildə bu gün parlament seçkiləri keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu seçkilərin nəticəsinə əsasən yeni hökumət formalaşdırılacaq və yeni baş nazir təyin ediləcək.
İsrail Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 6,34 milyon seçici iştirak edə bilər. Ölkə qanunvericiliyinə əsasən seçkilərdə yaşı 18-dən yuxarı olan şəxslər iştirak edə bilər. Ümumilikdə 10720 məntəqə seçicilərin üzünə açılıb. İsrail vətəndaşları saat 07:00-dan 22:00-a qədər səs verə bilərlər.