CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Hesablama Palatasının təklifləri bəzi qurumlar tərəfindən nəzərə alınmır"

© Pexels rawpixel.comAudit yoxlaması, arxiv şəkli
Audit yoxlaması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: "Azərbaycanda maliyyə şokları yaşanmamalıdır"

BAKI, 9 aprel - Sputnik. "Bir sıra hallarda Hesablama Palatasının təklifləri aidiyyəti qurumlar tərəfindən nəzərə alınmır. Belə olsaydı, bu cür hallar hesabata daxil edilməzdi. Bu da məsuliyyət hissi ilə bağlıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2018-ci ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

"Necə edək ki, bu məsuliyyətsizlik aradan qaldırılsın? Hesabatda göstərilən səhvlər təkrarlanmamalıdır" - deyə o, qeyd edib.

Deputat bildirib ki, vacib olan maliyyə nəzarətidir: "Azərbaycanda maliyyə şokları yaşanmamalıdır. Bilirsiniz ki, bir müddət öncə Beynəlxalq Bank məsələsində bunun şahidi olduq".

Xəbər lenti
0