SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq Ərdoğanın Rusiya səfəri haqqında: Türkiyə geri addım atmayacaq

Abunə olmaq
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Rusiya Türkiyə istiqamətində addımlar atmalı və onunla daha da yaxınlaşma siyasətini yürütməlidir
Elxan Şahinoğlu: “Türkiyə öz təhlükəsizliyi haqqında düşünməlidir”

Aprelin 8-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edib. Ərdoğan Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclasında iştirak edib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyib ki, bu səfər həm Türkiyə, həm də Rusiya üçün çox vacib səfərlərdən biri sayıla bilər:

“Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərini almaq istədiyinə görə son günlər Qərbin təzyiqi ilə üzləşib. Vaxtilə bu cür raket komplekslərini Türkiyəyə satmadılar, indi də Rusiyadan almaq istədiyinə görə NATO və ABŞ Türkiyəni hədələyir. Türkiyə isə öz təhlükəsizliyi haqqında düşünməlidir. Türkiyə geri addım atmayacaq. Mənə elə gəlir ki, Rusiya da Türkiyə istiqamətində addımlar atmalı və onunla daha da yaxınlaşma siyasətini yürütməlidir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0