Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının mal ixracı 1,3 milyard ABŞ dolları təşkil edib. Bu ilin ilk ayında qeyri-neft sektoru üzrə 138 milyon ABŞ dolları dəyərində mal ixrac olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 15 milyon dollar, yaxud 12% artıb.
Bu ilin yanvar ayında Azərbaycandan xaricə məhsul ixrac edilən ölkələrin reytinqi və ixrac edilən qeyri-neft məhsulları ilə Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada ətraflı tanış ola bilərsiniz.