Ekspert: “Peşə təhsili müəssisələrimiz əmək bazarının tələblərinə tam cavab vermir”

Abunə olmaq
Təhsil eksperti Kamran Əsədov deyir ki, peşə təhsilli insanların azlığı xidmət sektorunu çox da gəlirli sahəyə çevirmir
Kamran Əsədov: Peşə məktəbləri müasir çağırışlara cavab vermir

“Azərbaycanda peşə təhsilli insanların azlığı xidmət sektorunu çox da gəlirli sahəyə çevirmir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, bu gün ölkəmizdə bir çox sahələrdə çalışan şəxslər heç bir peşə təhsili almayıblar: “Ona görə də, qeyd etdiyim sahələrdə keyfiyyət göstəricisi aşağıdır. Təəssüf ki, bu gün ölkəmizdə yüzə yaxın peşə təhsili müəssisəsi olsa da onlar əmək bazarının tələblərinə cavab vermirlər. Dünya müasir çağırışlara doğru gedir, ancaq bizim müəsisəslər bu çağırışlara cavab vermirlər”.

Qeyd edək ki, Rusiyada ən çox gəlir qazandıran peşələrin siyahısı açıqlanıb. Siyahıda əsas yeri avtomobil sənayesində tələb olunan mexanik, mühəndis, qaynaqçı kimi peşələr tutub. Bu sahədə çalışanların aylıq gəlirləri 1000 - 1200 dollar arasında dəyişir.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0