BAKI, 6 aprel — Sputnik. Zərərli qidalarla qidalanma tütün çəkməkdən daha təhlükəlidir. Sputnik Azərbaycan xəbər verir ki, Sietldə Sağlamlığın Göstəriciləri və Dəyərləndirilməsi İnstitutunun mütəxəssisləri uzun araşdırmadan sonra belə qərara gəliblər.
Araşdırmanın nəticələri Lancet jurnalında işıq üzü görüb.
Ekspertlərin məlumatına görə, 2017-ci ildə zərərli qidalar 10,9 milyon insanın ölümünə səbəb olur. Tibb işçiləri bu riski həyat üçün təhlükəli hesab edilən təzyiq və siqaret çəkmə riski ilə müqayisə ediblər. Belə ki, 2017-ci ildə təzyiqdən 10,4 milyon, siqaretdən 8 milyon insan ölüb.
Həkimlər hesab edir ki, bu insanların ən böyük problemi odur ki, onlar tərkibində faydalı mineral və vitaminlər olan meyvə və tərəvəz yeməyiblər.
Tibb işçiləri ət, duz, şəkər və şirin içkiləri qida rasionunda azaltmağı,bu məhsulları qoz, günəbaxan tumu və buğda ilə əvəz etməyi məsləhət görürlər.
Eyni zamanda, mütəxəssislər qeyd edir ki, zərərli qidalardan ölüm nisbəti Fransada, İspaniyada və Yaponiyada çox, İsraildə isə daha azdır.