SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyədə hakim partiyanın mövqeyi niyə zəifləyib - politoloq şərh edir

Abunə olmaq
Politoloq Tofiq Abbasov deyir ki, ölkədə işsizliyin və inflyasiyanın artımı seçicilərin etimadını azaldır
Tofiq Abbasov: “Türkiyə müxalifəti mövqelərini gücləndirməyə çalışacaq”

“Türkiyədə hakim partiyanın seçkilərdə göstəridiyi nəticələr ölkədə son zamanlar yaşanan iqtisadi durumla bağlıdır”. Bunu Sputnik Azərbaycan-a Türkiyədə keçirilən bələdiyyə seçkiləri haqqında danışarkən politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, ölkədə işsizliyin və inflyasiyanın artımı hakim partiyanın mövqelərini zəiflətmə yanaşı, sıravi seçicilərdə olan etimadı da azaldır: “Bu nəticələr çox önəmlidir. Çünki yaradıcı qüvvələr, sənaye böyük şəhərlərdə formalaşıb. Belə yerlərdə texnokratların güclü olması ideoloji vektoru zəiflədir və orada işgüzarlıq amili önəmli rol oynayır. Müxalifət isə hazırki nəticələrdən məmnundur və çalışacaq ki, mövqelərini daha da gücləndirsin”.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası (AKP) ölkənin əsas şəhərlərində məğlubiyyətlə üzləşib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0