“Prezident İlham Əliyev 2019-cu ilin əvvəlində sistemli islahatların aparılacağı ilə bağlı mesaj vermişdi”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib.
Hüquqşünas bildirib ki, 2016-ci ildən keçirilən refendumdan sonra sistemli islahatların aparılmasına başlanmışdı:
“Ölkədə bir çox sahələrdə aparılan islahatlar məhkəmə-hüquq sahəsindən yan keçə bilməzdi. Hakimiyyətin bütün qollarında islahatların aparılmasına zərurət var idi. Əgər islahatlar bu qollardan hansındasa getməsəydi, tormozlama yaradardı. İslahatların qanunvericilik, institutsional və məhkəmə təminatının olması vacibdir. Yəni, verilmiş fərmanda da göstərildiyi kimi bütün sahələrdə olduğu kimi məhkəmə-hüquq sistemində islahatların aparılması zəruridir”.
Qeyd edək ki, Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb.
Əliməmməd Nuriyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz