BAKI, 6 aprel — Sputnik. Masallıda qətl hadisəsi törədilib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Masallı rayon sakini 1974-cü il təvəllüdlü Nicat Şəbiyev öz həyat yoldaşı 1984-cü il təvəllüdlü Günay Şəbiyevanı ailə münaqişəsi zəminində bıçaqlayıb. N.Şəbiyev həyat yoldaşının qarın boşluğuna bıçaqla zərbə endirib.
Yaralanan G.Şəbiyeva dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da yaralının həyatını xilas etmək mümkün olmayıb. Həyat yoldaşını bıçaqlayan Nicat Şəbiyev polis və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.