CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bədbəxtliyin baş verə biləcəyi qorxusu əməliyyatların sayını artırır"

© AP Photo / M. LAKSHMANQeysəriyyə əməliyyatı ilə doğum, arxiv şəkli
Qeysəriyyə əməliyyatı ilə doğum, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Həkimlər hər hansı xəstənin, yaxud valideynin "nəvəm və anası üçün təminat verirsənmi" sualına tam müsbət cavab verə bilmir" - Sevinc Məmmədova

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 6 aprel mart — Sputnik. Son illər bütün dünyada qeysəriyyə əməliyyatlarının icrası ilə bağlı rəqəmlərdə artım gözə çarpır. Elə son 10-15 ildə Azərbaycanda da anaların qeysəriyyə yolu ilə övlad dünyaya gətirməyə marağı artıb.

Операция в клинике, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Baş həkim inkar etdi, “ölüm olmayıb” dedi

Respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova ilə bu əməliyyat, onun fəsadları, ölümlərdən və ümumi rəqəmlərdən danışdıq.

- Ümumdünya Səhiyyə Təşkilatının 2014 və 2017-ci illəri əhatə edən hesabatında Azərbaycan üzrə rəqəmlər necə dəyişilir?

- Azərbaycanda 2014-cü ildə 168 min 889, 2015-ci ildə 164 min 614, 2016-cı ildə 158 min 51, 2017-ci ildə isə 142 min 710 ümumi doğuş qeydə alınıb. 2014-cü ildə qeysəriyyə tezliyi 14, 2015-ci ildə 28, 2016-cı ildə 29, 2017-ci ildə isə 33 faiz olub. Ana ölümü 2014-cü ildə 14.60 faiz, 2015-ci ildə 14.40 faiz olub. 2016-cə ildə isə bu faiz 13.80, 2017-ci ildə isə 14.60 olub. Neonatal ölümlə (yeni doğulan körpə ölümü) bağlı faizlər 2014-cü ildə 6.1, 2015-ci ildə 5.90, 2016-cı ildə 5.40, 2017-ci ildə 6.60 olub.

- Avropa ölkələrində qeysəriyyə yolu ilə ana olanların sayı, ölümləri haqda məlumat verərdiniz.

- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2014-cü ilin hesabatına görə, 53 Avropa ölkəsində 1 milyon 893 min 524 doğuş qeydə alınıb. 2015-ci ildə bu rəqəm 1 milyon 891 min 224, 2016-cı ildə 1 milyon 838 min 559, 2017-ci ildə isə 1 milyon 643 min 417 olub. 

Azər Maqsudov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Baş həkim ötən il dəm qazından ölənlərin sayını açıqladı
2014-cü ildə Avropa ölkələrində qeysəriyyə tezliyi 26.7, 2015-ci ildə 27.6, 2016-cı ildə 28, 2017-ci ildə isə 29.3 faiz olub. Ana ölümləri 2014-cü ildə 10.8, 2015-ci ildə 10.1, 2016-cı ildə 10, 2017-ci ildə 8.8 faiz olub. Perinatal ölüm halları isə 2014-cü ildə 8.81, 2015-ci ildə 8.29, 2016-cı ildə 7.89, 2017-ci ildə isə 7.5 faiz olub. ÜST-nin Avropa regionu üzrə göstəricilərinə görə, 46 faiz ölkə qeysəriyyə üzrə orta göstəriciləri aşıb. 2015-ci ilin hesabatında da bu rəqəmlər özünü göstərib. Xüsusən də Türkiyə, Polşa və Macarıstanda bu rəqəmlərin daha yüksək olduğunu deyə bilərik. Bundan başqa, onu da qeyd edim ki, qeysəriyyə əməliyyatının istifadəsində yanlışlığa görə ən yüksək göstəricilər Braziliya (56 faiz), Türkiyə (51 faiz), İranda (48 faiz) da qeydə alınıb.

- Bu illər ərzində qeysəriyyə kəsirinin əmsalı necə dəyişilib?

- 2014-cü ildə Azərbaycanda bu əməliyyatın əmsalı 19 faiz təşkil edirdisə, 2017-ci ildə bu 33 faizədək artıb. Lakin 2018-ci ildə bu rəqəm 27 faiz olub.

- Bir çox inkişaf etmiş ölkələrdə qeysəriyyə əməliyyatlarının sayında artım olsa da, bəzi ölkələrdə bu rəqəmin sabit, yəni aşağı olduğunu görə bilərik. Həmin ölkələr buna necə nail olub?

- Bu gün Mərkəzi və Cənubi Afrikada qeysəriyyə əməliyyatlarının rəqəmlərinin azlıq təşkil etdiyini görə bilərik. İllərdir ki, həmin ölkələrdə rəqəmlər sabit qalır. Həmin ölkələrdə bu əməliyyatlar 1.4-1.9 faiz təşkil edib. Bunun əsas səbəbi isə həmin ölkələrdə xidmətin olmaması ilə bağlıdır. Həmçinin, doğuşa yardım, cərrahi müdaxilələr üçün şəraitin olmaması və mütəxəssislərin yoxluğu bu rəqəmlərin aşağı olmasına təsir edir.

© REPORTRespublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova
Bədbəxtliyin baş verə biləcəyi qorxusu əməliyyatların sayını artırır - Sputnik Azərbaycan
Respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova

- Bəs, inkişaf etmiş ölkələrdə bu rəqəmlərdə azalma varmı?

- Dünyada qeysəriyyə əməliyyatlarının artmasına baxmayaraq, bir sıra ölkələrdə rəqəmlərdə azalma qeydə alınıb. Beş il ərzində Danimarka və Finlandiyada 0,5, Estoniyada 2, İtaliyada 3, Litvada 3.3, Portuqaliyada 3.4 faiz azalma olub.

- Bizə maraqlıdır, qeysəriyyə tezliyinin artmasına təsir edən amillər hansılardır?

- Bu tezliyinin artmasına təsir edən amillər sırasında tibbi göstərişlər, səhiyyə mütəxəssislərinin rolu danılmazdır. Səhiyyə mütəxəssisləri, yaxud da qadın məsləhətxanalarında ana olmağa hazırlaşanlara min cür məsləhət verilir. Bundan başqa, ana olmağa hazırlaşan qadına cəmiyyətin təsiri, bəzən yanlış məlumatların ötürülməsi də rəqəmlərin artmasına təsir edir. Bəzən düzgün məlumatlar verilmir.

- Dünyada, o cümlədən də Azərbaycanda qeysəriyyə əməliyyatlarının artmasına təsir edən əsas amillər hansılardır?

Həkim. Stetoskop - Sputnik Azərbaycan
Məşhur həkim 1 milyon təzminat ödəyəcək

- Azərbaycanda qeysəriyyə əməliyyatının artmasının əsas səbəblərindən biri qoruyucu təbabət praktikasıdır. Həkimlər hər hansı xəstənin, yaxud valideynin "nəvəm və anası üçün təminat verirsənmi" sualına tam müsbət cavab verə bilmir. Son illər Azərbaycanda qoruyucu təbabət çox inkişaf edib. Ağrı və bədbəxtliyin baş verə biləcəyi qorxusu da bu cür əməliyyatların sayına təsir edir. Ana qorxur ki, birdən övladına nəsə olar, boğular, göyərər. Bu zaman həkimlər geriyə addım atmalı olurlar. Çünki heç kim həyatda nədənsə sığortalanmayıb. Əlbəttə, burada tibbi personalın rolu da danılmazdır. Maddi stimullara həssaslıq və professional standartlara uyğun olmamaq, keyfiyyətin aşağı olması da bu rəqəmlərə təsir edir.

- Bu əməliyyatının nə kimi fəsadları ola bilər?

- Əlilliyə, bir sıra xəstəliklər səbəb ola bilər.

- Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı nəyi vurğulayır?

- Ümumdünya Səhiyyə Təşkilatı ana ölümü ilə bağlı rəqəmlərin 10 faizdən az olmasının vacibliyini qeyd edirsə, qeysəriyyə əməliyyatı üçün konkret rəqəm göstərmir. Qeyd edir ki, yalnız lazımi situasiyada bu əməliyyat icra olunmalıdır. Lüzumlu qeysəriyyə əməliyyatı tibbi xidmətlərə sərf olunan maddiyatı artırır.

Xəbər lenti
0