CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP-dən açıqlama – Gerbin avtomobillərə vurulması yolverilməzdir

© Sputnik / Murad OrujovDövlət Yol Polisinin əməkdaşı, arxiv şəkli
Dövlət Yol Polisinin əməkdaşı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Amma qanunvericilikdə buna görə cərimə nəzərdə tutulmur.

BAKI, 6 aprel — Sputnik. "Son vaxtlar Azərbaycanda avtomobillərin arxa alın şüşələrinə müxtəlif ölçülərdə dövlət gerbinin yapışdırılması halları çoxalıb və trendə çevrilib. Hər 10 maşından 4-də bu yapışqanlara rast gəlmək mümkündür".

Здание Министерства внутренних дел Азербайджанской Республики  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda polis rəisi işdən çıxarıldı

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev danışıb.

O bildirib ki, bəzi sürücülər daha da irəli gedərək iki gerbi yan-yana yapışdırır. Bu isə yol polisinin narazılığına səbəb olur.

"Dövlət atributunun hər hansı bir nəqliyyat vasitəsinin üzərinə yapışdırması və bu şəkildə istifadə olunması yolverilməzdir. Dövlət atributlarından yalnız xüsusi operativ nəqliyyat vasitələrində, dövlət təşkilatlarına məxsus avtomobillərdə istifadəsi mümkündür", – deyə R. Quliyev qeyd edib.

Rüfət Quliyev onu da əlavə edib ki, dövlət atributlarına hörmətlə yanaşma hər bir Azərbaycan Respublikasının vətəndaşının borcudur.

Qeyd edək ki, buna görə cərimə nəzərdə tutulmur.

Xəbər lenti
0