Çində güclü partlayış zamanı 78 nəfər ölüb

© AP Photo / AnonymousQuş uçuşu məsafəsindən partlayış baş verən zavodun görünüşü
Quş uçuşu məsafəsindən partlayış baş verən zavodun görünüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Son məlumatlara görə, hadisə zamanı 78 nəfər ölüb, 600 nəfər xəsarət alıb.

BAKI, 6 aprel — Sputnik. Çində sənaye parkı partlayışdan sonra bağlanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Çin hakimiyyəti martın sonunda ölkənin şərqində kimya zavodunda baş verən partlayışdan sonra sənaye parkını bağlayıb.

Partlayış o qədər güclü olub ki, Çin Seysmoloji Agentliyi eyni vilayətdə zəlzələ qeydə alıb. Son məlumatlara görə, hadisə zamanı 78 nəfər ölüb, 600 nəfər xəsarət alıb. Onlardan yarıdan çoxu hələ də müalicə alır.

Polis şirkətin 3 əməkdaşını həbs edib. Araşdırma aparılır.

Xəbər lenti
0