Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanlı tələbə Türkiyədə 5-ci mərtəbədən yıxılıb – VİDEO

© AFP 2024 / YASIN AKGULTəcili tibbi yardım maşını
Təcili tibbi yardım maşını - Sputnik Azərbaycan
Abunə olmaq
İddiaya görə, hadisə tələbənin epilepsiya tutması zamanı baş verib. O, hava almaq üçün açdığı pəncərədən yıxılıb

BAKI, 6 aprel — Sputnik. Türkiyənin Karaman şəhərində 20 yaşlı azərbaycanlı tələbə Həmdəmin Balakişiyev 5-ci mərtəbədən yıxılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, H. Balakişiyev epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.

Məlumata görə, hadisə dünən axşam 21.00 radələrində şəhərin Fenari Məhəlləsi Molla Fenari küçəsində vəqfin nəzdində olan tələbə yataqxanasında baş verib.

İddiaya görə, hadisə tələbənin epilepsiya tutması zamanı baş verib. O, hava almaq üçün açdığı pəncərədən yıxılıb. Hadisə zamanı ağır xəsarət alan Həmdəmin Balakişyev Karaman Dövlət Xəstəxanasına aparılıb. Onun vəziyyətinin ağır olduğu deyilir. H. Balakişiyev Karamanoğlu Mehmetbey Universitetinin tibb fakültəsində təhsil alırmış.

Xəbər lenti
0