İki min il əvvələ aid sərdabədə onlarla mumiya tapıldı

© AP Photo / Lefteris PitarakisMisir ehramları, arxiv şəkli
Misir ehramları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tikilidə yaxşı qorunmuş divar şəkilləri olan çox sayda yeraltı otaqlar var

BAKI, 6 aprel — Sputnik. Arxeoloqlar Misirdə onlarla pişik və qızılquş mumiyalarının olduğu sərdabə aşkarlayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, alimlərin fikrincə, sərdabə iki min il əvvəl Ptolemey dövründə tikilib. Tikilidə yaxşı qorunmuş divar şəkilləri olan çox sayda yeraltı otaqlar var.

Alimlər hesab edir ki, sərdabə qədim Misir məmuru və onun arvadına məxsus olub. Ancaq qadının tabutu boş olub. "Sərdabə bu ərazidə tapılan ən təəccüblü tapıntıdır. Çox gözəl cizgilərlə bəzədilmiş tikili Tutu adlı şəxsə və onun həyat yoldaşı Ta-Şirit-İzizə aiddir. Bu qadın və kişi üçün nəzərdə tutulmuş ikiqat sərdabədir" - deyə Misir Ali Şurasının katibi Mustafa Vəziri qeyd edib.

Arxeoloqlar sərdabədən sahibindən başqa çox sayda mumiya aşkarlayıblar. Onların arasında insan cəsədləri də var. Ancaq daha çox siçan, pişik və qızılquş mumiyaları aşkar edilib.

Xəbər lenti
0