CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hüquqşünas məhkəmə islahatları barədə: İnqilabi dəyişikliklər baş verəcək

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquqşünas Əkrəm Həsənov deyir ki, məhkəmə proseslərinin audio yazılarının olması neqativ halların qarşısını almağa kömək edəcək
Əkrəm Həsənov: “İxtisaslaşdırılmış məhkəmələr müsbət dəyişikliklərə səbəb olacaq”

“Məhkəmə-hüquq sistemində islahatlarla bağlı verilmiş fərman yüksək qiymətləndirilir və onun icrası üçün zaman lazımdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

Əkrəm Həsənov bildirib ki, fərmandan irəli gələn məsələlərin icrası nəticəsində Azərbaycanın məhkəmə-hüquq sistemində inqilabi dəyişikliklər baş verə bilər: “Məhkəmə proseslərinin audio yazılarının olması neqativ halların qarşısını almağa kömək edəcək. Həmçinin məhkəmə qərarlarının dərc olunması, elektron informasiya siteminin yaradılması və Ali məhkəmə tərəfindən məhkəmə qərarlarının ümumiləşdirilməsini də mühim addım kimi qiymətləndirmək olar. Qərarların ümumiləşdirilməsi məhkəmə qərarlarının vahidliyini təmin edəcək və onları proqnozlaşdırmaq olacaq. Eyni zamanda hakimlərin sayının artırılması və ixtisaslaşdırılmış məhkəmələrin yaradılması da müsbət dəyişikliklərə səbəb olacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb.

Əkrəm Həsənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0