BAKI, 5 aprel — Sputnik. Seçki prosesi başa çatıb, indi məsələnin məhkəmə müddəti başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra martın 31-də keçirilən seçkilərin nətəcələri ilə bağlı sualı cavablandəırarkən bildirib.
"Seçki prosesi başa çatıb, indi məsələnin məhkəmə müddəti başlayıb. Bu məhkəmə müddətinin də üç mərhələsi var: Rayon, Vilayət seçki komissiyaları və Türkiyə Ali Seçki Komissiyası. Mərkəzi Seçki Komissiyası bu proseslərin əsas hakimidir. Yekun qərarı o çıxaracaq və o an iş bitmiş olacaq", - deyə, Türkiyə Prezidenti vurğulayıb.
Türkiyə prezidenti eyni zamanda Birləşmiş Ştatlar və Avropa ölkələrinə mesaj göndərib: "Türkiyənin daxili işlərinə qarışmaq istəyirlər. Türkiyə dünyada sıradan bir ölkələrdən deyil. Hər kəs həddini bilməlidir".
O, həmçinin Türkiyədə seçkilərdə seçici fəallığının 82-83% olduğunu bildirərək bütün dünyaya demokratiya dərsi verdiyini xatırladıb.
İstanbul bələdiyyəsi sədrliyinə namizədi Binəli Yıldırım jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə Ali Seçki Komissiyası mandatı kimə verəcəksə, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri o olacaq.
O, vurğulayıb ki, səslərin təkrar sayılmasından sonra rəqibi Ekrem İmamoğlu ilə aralarındakı səs nisbəti azalır: "Hazırda aradakı səs fərqi 29 mindən 18 minə düşüb. Hələ sayılacaq çox səs var. Səslərin tamamı sayılandan sonra qalib gələcəyimi düşünürəm.