CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik bir neçə müəssisəni hədəfə aldı

© Sputnik / Olga Golovko / Mediabanka keçidXəzərin sahilində, arxiv şəkli
Xəzərin sahilində, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Balaxanı əməliyyat şirkəti", "Suraxanı əməliyyat şirkəti" istehsal zamanı yaranan lay sularını idarə etmir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 5 aprel — Sputnik. "Neft hasilatı zamanı yaranan tullantı sularının Xəzər dənizinə axıdılması Xəzərin bioresursların məhv olmasına gətirib çıxarır. Bu bizi çox narahat edir".

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsalam Qənbərov danışıb.

O bildirib ki, nazirliyin əsas hədəfi Xəzər dənizini çirklənmədən qorumaqdır.

Nazirlik rəsmisi əlavə edib ki, bir neçə neft-qaz çıxarma idarələrində neft hasilatı zamanı əmələ gələn tullantı sularının qapalı su dövriyyəsinə keçirilib, Xəzər dənizinə axıdılmasının qarşısı alınıb.

"Ancaq bunu bütün neft-qaz çıxarma müəssisələrinə şamil etmək olmaz. Hazırda tullantı sularını dənizə axıdan şirkətlər lay sularını qapalı dövriyyə sisteminə keçirilməsinə yönləndirilməkdədir" - deyən Qənbərov qeyd edib ki, əsas problem Balaxanı və Suraxanı kəndlərinin ətrafındakı mədən ərazilərindədir.

Onun sözlərinə görə, "Balaxanı əməliyyat şirkəti", "Suraxanı əməliyyat şirkəti" istehsal zamanı yaranan lay sularını idarə etmir, ətraf sahələr çirkləndirilir. Və proses zamanı əmələ gələn lay suları Hövsan və digər kanallar vasitəsilə dənizə axıdılır.

"Bu müəssisələr bizim hədəfimizdədir. Həmin təşkilatalrın rəhbərinə, məktublar, məcburi göstərişlər göndəririk. Ümid edirik ki, nəticə əldə ediləcək".

Xəbər lenti
0